Bakı Fond Birjasında 2021-ci ilin 01.01.2021-31.08.2021 tarix ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10,690,684,135 manat təşkil etmişdir. Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 49 %, ilkin bazar üzrə ticarət həcmində 22 %, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 26%, repo əməliyyatları üzrə isə 324% böyümə qeydə alınmışdır. 2021-ci ilin avqust ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 11% artaraq 4,313,056,272 manat təşkil etmişdir.