2019-cu il yanvar ayı ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1 milyard 926 milyon 172 min manat təşkil etmişdir.
Banker.az-ın xəbərinə görə, 2018-ci ilin yanvar ayı ilə müqayisədə əqdlərin həcmi 6,4% azalıb. Belə ki, 2018-ci il yanvar ayı ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 2 milyard 49 milyon 64 min manat təşkil etmişdi.
Əqdlərin ümumi həcmindəki azalma Törəmə Alətlər Bazarındakı (əsasən Foreks) azalma ilə bağlıdır. Bu bazarın həcmi ötən ilin yanvarında 965 milyon 803 min manat ikən, 2019-cu ilin Yanvarında 413 milyon 683 min manat təşkil edib. Törəmə alətlər bazarında məbləğ azalsa da əqdlərin sayı 8826-dan 10014-ə yüksəlib.