24 C
Baku
Sunday, June 30, 2024

Bakı Fond Birjasında AccessBank istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

®28 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında növbəti “Açılış Zəngi” tədbiri AccessBank-ın manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib. 

Belə ki, AccessBank kapital bazarında yerli valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. 28 iyun 2024-cü il tarixində baş tutan Açılış zəngi tədbiri ilə bankın 5 000 000 (beş milyon) manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı. 

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 18 aydır. Sənədsiz, adlı, istiqraz faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri ABB-İnvest İnvestisiya Şirkətidır.

Tədbirin sonunda emitent – AccessBank, Bakı Fond Birjası və ABB-İnvest İnvestisiya şirkətinin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər
Digər xəbərlər