30 C
Baku
Friday, July 19, 2024

Bakı Fond Birjasında AccessBank QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

®11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AccessBank” QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

“AccessBank” QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 14 Iyun 2024-cü il tarixində həyata keçiriləcək.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “ACCESSBANK” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2006004280
İstiqrazın növü və forması İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu Rəqabətli hərrac
İstiqrazın sayı 2500 (ədəd)
İlkin ticarət qiyməti 1,000 ABŞ dolları
Buraxılış həcmi 2,500,000 ABŞ dolları
İllik gəlirlilik faizi 6%
Ödəmə Periodu Hər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti 18 ay
Ticarətə buraxılma tarixi 14.06.2024
Anderrayter “Unicapital İ.Ş” ASC

 

Son xəbərlər
Digər xəbərlər