13 C
Baku
Friday, November 22, 2024

Bakı Fond Birjasında dövriyyə ilk yarımildə ₼17.6 milyarda yüksəlib

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 17 milyard 651.53 milyon manat təşkil edib.

Banker.az bunu BFB-yə istinadən xəbər verir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 64%, dövlət qiymətli kağızların ticarət həcmində isə 15% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 226% artım olub.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 144% artım qeydə alınmışdır.

2024-cü ilin İyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768.81 milyon manat təşkil edib.

11

Son xəbərlər
Digər xəbərlər