9 C
Baku
Thursday, December 12, 2024

Bakı Fond Birjasında ilk 7 ayda əməliyyatlar ₼9.78 milyarda çatıb

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,777,082,198 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% böyümə qeydə alınmışdır. 

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 27%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 61% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfə artım qeydə alınmışdır.

2023-cü ilin iyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,900,144,490 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 20% böyümə qeydə alınmışdır.

                                              BFB-nin ticarət dövriyyəsinin cədvəli

Bazarlar / Əməliyyatlar 01.01.2023-31.07.2023 01.01.2023-31.07.2023
Əqdlərin həcmi (manatla) Əqdlərin sayı  Əqdlərin orta günlük** həcmi (manatla) Əqdlərin orta günlük sayı 
1. Dövlət qiymətli kağızları 4,026,660,107 1658 30,049,702 12.37
1.1. İlkin bazar 3,288,860,720 1161 24,543,737 8.66
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 1,265,090,972 522 9,440,977 3.90
ARMB* qiymətli kağızları  2,023,769,748 639 15,102,759 4.77
1.2. Təkrar bazar 737,799,387 497 5,505,966 3.71
Dövlət istiqrazları 350,193,287 351 2,613,383 2.62
ARMB qiymətli kağızları  387,606,100 146 2,892,583 1.09
2. Korporativ qiymətli kağızlar 761,581,456 1894 5,683,444 14.13
2.1. İlkin bazar 433,665,816 195 3,236,312 1.46
2.1.1. Səhmlər  59,316,125 12 442,658 0.09
2.1.2. İstiqrazlar  374,349,691 183 2,793,654 1.37
–  İpoteka istiqrazları  170,104,716 5 1,269,438 0.04
–  Digər istiqrazlar 204,244,975 178 1,524,216 1.33
2.2. Təkrar bazar 327,915,639 1699 2,447,132 12.68
2.2.1. Səhmlər  2,357,631 1093 17,594 8.16
2.2.2. İstiqrazlar  325,558,009 606 2,429,537 4.52
–  İpoteka istiqrazları  245,652,148 20 1,833,225 0.15
–  Digər istiqrazlar 79,905,861 586 596,312 4.37
3. Repo əməliyyatları  4,988,840,635 2,963 37,230,154 22.11
Dövlət istiqrazları üzrə  3,754,913,079 2,338 28,021,739 17.45
ARMB qiymətli kağızları üzrə 959,229,220 516 7,158,427 3.85
Korporativ qiymətli kağızlar üzrə  274,698,337 109 2,049,988 0.81
Cəmi (1+2+3) 9,777,082,198 6,515 72,963,300 48.62
  –  o cümlədən: ilkin bazar     3,722,526,536 1356 27,780,049 10.12
  –  o cümlədən: təkrar bazar  1,065,715,026 2196 7,953,097 16.39

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı       

** Tircarət günlərinin sayı –134 gün

Son xəbərlər
Digər xəbərlər