17 C
Baku
Friday, October 17, 2025

Bakı Fond Birjasında ilk dəfə “clean price” tətbiq edilib

15 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında istiqrazlar üzrə ticarət ilk dəfə təmiz qiymət (clean price) prinsipi ilə baş tutub.

Banker.az xəbər verir ki, beynəlxalq təcrübəyə əsaslanan təmiz qiymət (clean price) prinsipi ilk dəfə olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) istiqraz emissiyası zamanı baş tutub. Bu Azərbaycan kapital bazarı üçün mühüm bir mərhələ sayılır. Belə ki, əvvəlki illərdə istiqrazlar çirkli qiymət (dirty price) üsulu ilə ticarət olunurdu, yəni qiymət hesablanarkən istiqrazın toplanmış faiz gəliri (accrued interest) də həmin qiymətə əlavə edilirdi. Bu yanaşma istiqrazın həm bazar dəyərini, həm də indiyə qədər hesablanmış faiz hissəsini özündə birləşdirirdi.

Yeni tətbiq olunan təmiz qiymət prinsipi isə istiqrazın yalnız bazar dəyərinə əsaslanır, yəni qiymətin hesablanmasına toplanmış faiz daxil edilmir. Bu prinsipdə faiz gəliri ayrıca hesablanır və alqı-satqı zamanı ayrılıqda göstərilir.

Bu prinsipin tətbiq edilməsi beynəlxalq təcrübəyə keçid deməkdir və aşağıdakı nəticələri təmin edir:

  • Qiymət formalaşmasında şəffaflıq artır
  • İnvestorlar üçün müqayisə və analiz daha dəqiq olur
  • Yerli bazarın beynəlxalq standartlara inteqrasiyası sürətlənir.
Son xəbərlər
Digər xəbərlər