Bakı Fond Birjasında 01.01.2022-31.12.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,947,984,521 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azalma müşahidə olunmuşdur.
Bu barədə Banker.az-a BFB-dən bildirilir.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar üzrə ticarət həcmində 14%, korporativ qiymətli kağızlar 93%, korporativ qiymətli kağızlar üzrə: ilkin bazar 17%, təkrar bazar 405%, korporativ qiymətli kağızlar üzrə repo əməliyyatları üzrə isə 2694% artım müşahidə olunmuşdur. Həmçinin, ötən ilə müqayisədə ümümi repo əməliyyatları üzrə 30% azalma qeydə alınmışdır.
2022-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,193,278,402 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalma müşahidə olunmuşdur. Öncəki ilin eyni dövründə 4,366,639,001 manat idi.
2022-ci il ərzində Bakı Fond Birjasında ötən ilə nəzərən korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayı 36% artaraq 45 təşkil etmiş, kütləvi üsulla həyata keçirilmiş korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayında isə 47% artaraq 34 olmuşdur.
BFB-nin ticarət dövriyyəsinin cədvəli
Bazarlar / Əməliyyatlar |
01.01.2022-31.12.2022 |
01.01.2022-31.12.2022 |
||
Əqdlərin həcmi (manatla) |
Əqdlərin sayı |
Əqdlərin orta günlük** həcmi (manatla) |
Əqdlərin orta günlük sayı |
|
1. Dövlət qiymətli kağızları |
8,312,835,409 |
2,506 |
34,493,093 |
10.40 |
1.1. İlkin bazar |
7,304,001,910 |
1,590 |
30,307,062 |
6.60 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) |
2,406,752,818 |
532 |
9,986,526 |
2.21 |
ARMB* qiymətli kağızları |
4,897,249,092 |
1,058 |
20,320,536 |
4.39 |
1.2. Təkrar bazar |
1,008,833,499 |
916 |
4,186,031 |
3.80 |
Dövlət istiqrazları |
657,116,423 |
811 |
2,726,624 |
3.37 |
ARMB qiymətli kağızları |
351,717,075 |
105 |
1,459,407 |
0.44 |
2. Korporativ qiymətli kağızlar |
1,574,691,409 |
3,884 |
6,533,989 |
16.12 |
2.1. İlkin bazar |
765,768,754 |
416 |
3,177,464 |
1.73 |
2.1.1. Səhmlər |
49,636,160 |
112 |
205,959 |
0.46 |
2.1.2. İstiqrazlar |
716,132,594 |
304 |
2,971,505 |
1.26 |
– İpoteka istiqrazları |
450,799,125 |
18 |
1,870,536 |
0.07 |
– Digər istiqrazlar |
265,333,469 |
286 |
1,100,969 |
1.19 |
2.2. Təkrar bazar |
808,922,656 |
3,468 |
3,356,526 |
14.39 |
2.2.1. Səhmlər |
14,563,840 |
2,549 |
60,431 |
10.58 |
2.2.2. İstiqrazlar |
794,358,815 |
919 |
3,296,095 |
3.81 |
– İpoteka istiqrazları |
627,809,525 |
42 |
2,605,019 |
0.17 |
– Digər istiqrazlar |
166,549,290 |
877 |
691,076 |
3.64 |
3. Repo əməliyyatları |
5,060,457,703 |
4,111 |
20,997,750 |
17.06 |
Dövlət istiqrazları üzrə |
3,541,143,761 |
3,543 |
14,693,543 |
14.70 |
ARMB qiymətli kağızları üzrə |
1,417,814,409 |
297 |
5,883,047 |
1.23 |
Korporativ qiymətli kağızlar üzrə |
101,499,533 |
271 |
421,160 |
1.12 |
Cəmi (1+2+3) |
14,947,984,521 |
10,501 |
62,024,832 |
43.57 |
– o cümlədən: ilkin bazar |
8,069,770,664 |
2,006 |
33,484,526 |
8.32 |
– o cümlədən: təkrar bazar |
1,817,756,154 |
4,384 |
7,542,557 |
18.19 |
* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı – 241 gün