23 C
Baku
Monday, September 16, 2024

Bakı Fond Birjasında keçirilən əməliyyatların həcmi 24 milyard manata yaxınlaşıb

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 23,827,201,164 manat təşkil edib. Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,777,082,198 manat  olub.

Banker.az xəbər verir ki, qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi ötən ilin eyni dövrünə nisbətən 2.4 dəfə çoxdur.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət
həcmində 65%, dövlət qiymətli kağızların ticarət həcmində isə 8% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 266% artım olub.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 630% artım qeydə alınmışdır. 2024-cü ilin İyul ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6,265,723,996 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər