8 C
Baku
Wednesday, October 30, 2024

Bakı Fond Birjasında listinq qaydaları yenilənib

“Bakı Fond Birjası” QSC-nin (BFB) Müşahidə Şurasının qərarı və maliyyə bazarına nəzarət orqanı Azərbaycan Mərkəzi Bankının müsbət rəyi əsasında yenilənmiş “Birjada qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” təsdiq olunub.

Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, yenilənmiş qaydalarda, əsasən listinqlə bağlı sənəd dövriyyələri azaldılıb, yerli hüquqi şəxsin mülkiyyətində olan xarici qiymətli kağızların ticarətə buraxılması öz əksini tapıb, “Əsas bazar” seqmentinin adı “Premium bazar”a dəyişdirilib.

Son xəbərlər
Digər xəbərlər