2022-ci ildə “Bakı Fond Birjası” QSC-də (BFB) səhm və istiqrazlarla bağlı 45 yerləşdirmə olub.
Bunu BFB-də keçirilən “Emitent günü” tədbirində Birjanın İdarə Heyətinin sədr əvəzi Eldar Abdullayev bildirib.
“2023-cü ildə bu rəqəmi artırmağı planlaşdırırıq”, – deyə o qeyd edib.
Xatırladaq ki, ötən il BFB-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri əvvəlki ilə nisbətən 2.3 % az – 14 milyard 947.985 milyon manat təşkil edib. İl ərzində bağlanmış əqdlərin sayı isə 11.2 % azalaraq 10 501 olub.