6 C
Baku
Tuesday, January 6, 2026

Bakı Fond Birjasında sədrə müşavir təyin olunub

Azərbaycan kapital bazarında idarəetmə təcrübəsinə malik peşəkar kadrın vəzifə səlahiyyətləri genişləndirilib.

Banker.az-ın məlumatına görə, 2026-cı ilin yanvar ayından etibarən Emil Babayev Bakı Fond Birjasında Sədrin Ofisinin Rəhbəri vəzifəsini icra etməklə yanaşı, Sədrə Müşavir vəzifəsinə də təyin olunub.

Emil Babayev uzun illər maliyyə və bank sektorunda, o cümlədən kapital bazarları, korporativ idarəetmə, icraedici səviyyədə qərarvermə və dövlət qurumları ilə münasibətlər sahəsində geniş idarəçilik təcrübəsinə malikdir. O, Bakı Fond Birjasında fəaliyyətə 2021-ci ildə başlamış, əvvəlcə Biznesin İnkişafı üzrə Direktor, daha sonra Sədrin Ofisinin Rəhbəri vəzifələrində çalışmışdır. Bu dövrdə listinq xidmətlərinin inkişafı, kapital bazarlarının institusional gücləndirilməsi və strateji idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm töhfələr vermişdir.

Bundan əvvəl Emil Babayev Azərbaycan Beynəlxalq Bankında İpoteka Bölməsinin Rəhbəri, KredoBank və Dekabankda İdarə Heyəti sədrinin müavini, Azərbaycan İpoteka Fondunda Xəzinədarlıq Departamentinin dileri, eləcə də bank sektorunda icraedici rəhbərliyə birbaşa dəstək funksiyalarını əhatə edən müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Son xəbərlər
Digər xəbərlər