21 C
Baku
Wednesday, June 7, 2023

Bakı Fond Birjasında ticarət həcmi artıb – 10 milyard manata yaxınlaşıb

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Bakı Fond Birjasında 2021-ci ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9,468,753,506 manat təşkil etmişdir.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət həcmində 57%, ilkin bazar üzrə ticarət həcmində 38%, dövlət qiymətli kağızlar bazarı üzrə ticarət həcmində 41%, repo əməliyyatları üzrə isə 334% böyümə qeydə alınmışdır. 

2021-ci ilin iyul ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası ilin əvvəlinə nisbətən 11% artaraq 4,303,386,950 manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər
X