13 C
Baku
Saturday, April 27, 2024

“Bakı Fond Birjası”nda ticarət tarifləri üzrə dəyişikliklər təsdiqlənib

“Maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq “Bakı Fond Birjası” QSC (BFB) birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə yenidən baxıb. 

Banker.az bu  barədə BFB-yə istinadən xəbər verir. 

Məlumata görə, simulasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı 2 dəfə azaldılıb. Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilib. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək.

Dəyişikliklər sabahdan qüvvəyə minir. 

Xidmət Köhnə tarif Yeni tarif Qeyd
Dövlət və bələdiyyə qiymətli kağızların yerləşdirilməsi 0.04% 0.02% Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi 0.04% 0.02% Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.
Korporativ istiqrazların yerləşdirilməsi 0.04% 0.02% Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi istiqrazların yerləşdiriməsi 0.04% 0.02% Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər
Repo əməliyyatları 3 (üç) günədək, hər gün üçün 0,001%; 3 (üç) gündən artıq 0,003% 0,001% Komissiya haqqı açılış əqdin həcmindən və hər iki tərəfdən tutulur (Azərbaycan Respublikasının Mərkəzi Bankıdan komissiya haqqı tutulmur)

Yeni ticarət tarifləri BFB-nin internet səhifəsinin “Bazar və alətlər” bölməsində (https://bfb.az/tarifler/) yerləşdirilib. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər