7 C
Baku
Tuesday, February 3, 2026

Bakı Fond Birjasındakı yanvarda əməliyyatlar 49% azalıb

2026-ci ilin yanvarında Bakı Fond Birjasında qiymətli kağızlar bazarında ümumi əqd həcmi 5 mlrd. 295 mln. manat təşkil edib ki, bu da 2025-ci ilin nisbətən 49% azalma deməkdir.

Banker.az BFB-yə istinadən xəbər verir ki, dövlət qiymətli kağızlarının təkrar bazarında əməliyyat həcmi 415 mln. manat olub, bu, ötən ilin eyni dövrünə görə 530% artım deməkdir. Mərkəzi Bankın notlarının ilkin bazar əməliyyatları 89 mln. manatla qeydə alınıb, ötən il bu seqmentdə əməliyyat olmayıb.

Korporativ qiymətli kağızlarda ümumi əqd həcmi 34 mln. manat təşkil edərək 40% azalıb. Burada ilkin bazar əməliyyatları 6 mln. manat olub, 88% azalma göstərir, təkrar bazar əməliyyatları isə 29 mln. manatla 140% artıb. İpoteka istiqrazları bazarında əməliyyatlar yanvar 2026-da olmayıb, halbuki yanvar 2025-də 318 mln. manat təşkil edirdi.

REPO əməliyyatları 4 milyard 757 mln. manat (təxminən 4,8 milyard manat) səviyyəsində olub ki, bu da illik müqayisədə 52% azalma deməkdir. Dövlət istiqrazları üzrə REPO əməliyyatları 3,738 mln. manatla 43% azalıb, Mərkəzi Bankın notları üzrə 69 mln. manatla artım müşahidə olunub, korporativ qiymətli kağızlar üzrə 950 mln. manatla 72% azalma qeydə alınıb. İlkin bazar əməliyyatları 94 mln. manat olub, 52% azalma göstərir, təkrar bazar əməliyyatları isə 444 mln. manatla 81% artım göstərib.

Bakı Fond Birjasının əqdərinin həcmi
Bazarlar/Əməliyyatlar Yanvar 2026, manatla Yanvar 2025, manatla
1. Dövlət Qiymətli Kağızlar 414,995,785 65,881,380
1.1 İlkin Bazar
1.2 Təkrar Bazar 414,995,785 65,881,380
2. ARMB Notları 88,586,741
2.1 İlkin Bazar 88,586,741
2.2 Təkrar Bazar
3. Korporativ Qiymətli Kağızlar 34,491,202 57,495,364
3.1 İlkin Bazar 5,700,000 45,500,000
– Səhm
– İstiqrazlar 5,700,000 45,500,000
3.2 Təkrar Bazar 28,791,202 11,995,364
– Səhm 939,249 937,608
– İstiqrazlar 27,851,953 11,057,757
4. İpoteka İstiqrazları 317,722,038
4.1 İlkin Bazar 150,000,000
4.2 Təkrar Bazar 167,722,038
5. REPO Əməliyyatları 4,756,886,875 9,868,020,033
– Dövlət İstiqrazları üzrə 3,737,960,475 6,511,201,725
– ARMB Notları üzrə 68,906,400 3,100,000
– Korporativ Qiymətli Kağızlar üzrə 950,020,000 3,353,718,308
– İpoteka İstiqrazları üzrə
Cəmi (1+2+3+4+5) 5,294,960,602 10,309,118,815
– İlkin Bazar 94,286,741 195,500,000
– Təkrar Bazar 443,786,986 245,598,783
Son xəbərlər
Digər xəbərlər