9 C
Baku
Monday, November 18, 2024

“Bakı Fond Birjası”nın dövriyyəsi 28% azalıb

Bakı Fond Birjasında 2023-cü ilin aprel ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 4,685,778,754 manat təşkil etmişdir. Bakı Fond Birjasında 01.01.2022-30.04.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6,470,138,460 manat olub ki, bu da illik müqayisədə 27.5% azalma deməkdir.

Banker.az xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 25%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 39% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 2% artım olmuşdur.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 14 dəfə artım qeydə alınmışdır. 2023-cü ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,377,453,512 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər