15 C
Baku
Saturday, November 2, 2024

Bakı Fond Birjasının dövriyyəsi 33% azalıb

Ötən il ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 5 698 339 992,89 manat təşkil edib ki, bu da 2015-ci il ilə müqayisədə 32,61% azdır. “Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 40,2 dəfə artaraq 836,2 mln. manata yüksəlib. Bunun 567,4 mln. manatı Maliyyə Nazirliyinin dövlət istiqrazları, 268,8 mln. manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.

Qeyd olunan dövrdə pay bazarı 57,8% azalaraq 118,0 mln. manat təşkil edib. Borc alətləri bazarı isə 6,1 dəfə azalaraq 301,5 mln. manata enib.

Son xəbərlər
Digər xəbərlər