10 C
Baku
Friday, December 13, 2024

“Bakı Fond Birjası”nın dövriyyəsi 6% azalıb

Bakı Fond Birjasında 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,033,797,038 manat təşkil edib.

Banker.az xəbər verir ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 14,893,377,207 manat olub. Bu da illik müqayisədə 5,8% az deməkdir.

2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınıb.

Eyni zamanda dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248%, korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83.5% böyümə qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər