Azərbaycanın qabaqcıl banklarından biri olan “Dəmirbank” ASC Bakı Fond Birjasının təqdim etdiyi MetaTrader 4 platforması vasitəsilə öz müştərilərinə FOREX xidmətini verməyə başlayıb.
FOREX bazarının hesablaşma agenti kimi Milli Depozit Mərkəzi, likvidliyin təmin olunması üzrə market meyker qismində isə “InvestAZ” şirkəti çıxış edir.
Bu istiqamətdə görülən işlər FOREX bazarının tənzimlənməsi və ölkəmizdə bu bazar iştirakçılarının hüquqlarının qorunması üçün atılan addımların davamı kimi qiymətləndirilir. FOREX xidmətini verən bankların sayının artması ilə pərakəndə müştərilər bu xidmətin üstünlüklərindən geniş formada faydalana bilər.
APA.az