11 C
Baku
Monday, November 18, 2024

“Bakı Fond Birjası”nın Müşahidə Şurasının 4 üzvü vəzifəsindən ayrılıb, bir yeni şəxs təyin edilib

Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının üzvlərində dəyişiklik olub.

Bu barədə Banker.az BFB-nin rəsmi internet səhifəsinə istinadən xəbər  verir.

Məlumata görə, BFB-nin Müşahidə Şurasının üzvləri bu şəxslər tərk ediblər:

  • Sarvan Mikayılov – “Azərbaycan Sənaye Bankı” ASC-nin Maliyyə Departamentinin direktoru
  • Cavid Rzayev – “Bank Respublika” ASC-nin Maliyyə Departamentinin direktoru
  • Aydın Hüseynov – “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri
  • Ceyhun Abdullayev – İnvest-AZ Yatırım Menkul Değerler” A. Ş. -nin Direktorlar Şurasının üzvü

Fuad İslamov isə BFB-nin Müşahidə Şurasının üzvü təyin edilib. Bildirək ki, F. İslamov hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktorudur.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 6 yerli bank (“Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan “United Credit Bank” ASC-lər), 13 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.

 

Son xəbərlər
Digər xəbərlər