Bakı Fond Birjasının Müşahidə Şurasının üzvlərindən birinin adı siyahıda çıxarılıb.
Bu barədə Banker.az-a BFB-nin siyahısına istinadən xəbər verir.
Məlumata görə, İlqar Yusubov Fayuz oğlu BFB-nin Müşahidə Şurasından kənarlaşıb. Onun yerinə hər hansısa təyinat olduğu göstərilmir.
O, “Azər-Türk Bank” ASC-dən təmsil olunur. Adıçəkilən bankın Xəzinədarlıq Departamentinin direktorudur.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank (“Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan “United Credit Bank” ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76 %-dir. ASB isə Birjada 9,52 % payla təmsil olunur.