“Bakı Fond Birjası” QSC-nin (BFB) dayanıqlı inkişafını təmin etmək məqsədi ilə səhmlərinin nominal dəyəri bölüşdürülməmiş mənfəət hesabına 200 manatdan 800 manata qaldırılıb.
Banker.az xəbər verir ki, bu barədə qərar QSC-nin səhmdarların növbədənkənar ümumi yığıncağında qəbul olunub.
Qərara əsasən, BFB-nin nizamnamə kapitalının dəyəri 1.26 milyon manatdan 5.04 milyon manata yüksəldilib.
Qeyd edək ki, hazırda BFB-nin 20 səhmdarı mövcuddur.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank (“Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan “United Credit Bank” ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4.76 %-dir. ASB isə Birjada 9.52 % payla təmsil olunur.