8 C
Baku
Tuesday, March 3, 2026

Bakı Fond Birjasının rəhbərliyində dəyişiklik olub – Yeni üzvlər seçildi

“Xalq Bank” və “Rabitəbank” təmsilçiləri dəyişdi

ASC “Xalq Bank”ı təmsil edən Seyfəddin İbayev, Bakı Fond Birjasında Müşahidə Şurasına üzv seçilib.

Banker.az saytının əldə etdiyi məlumata görə, o bu vəzifədə “Xalq Bank”ın Xəzinədarlıq idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rövşən İsmayılov-u əvəz edib.

Bildirək ki, Seyfəddin İbayev “Xalq Bank”da Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin rəisi-İdarə rəisinin müavini vəzifəsində çalışır.

Digər üzv kimi isə “Rabitəbank” ASC-ni təmsil edən Samir Rzayev üzvlükdən çıxarılıb, yerinə MŞ üzvü kimi Binnət Novruzov təyin olunub.

Xatırladaq ki, BFB-nin Müşahidə Şurasına “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini olan Yaşar Məmmədov sədirlik edir.

Son xəbərlər
Digər xəbərlər