-1 C
Baku
Sunday, December 15, 2024

Baki Fond Birjasının üzüvlərinin sayı artdı

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə avqustun 26-dan etibarən “Biləsuvar avtonəqliyyat” ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

BFB-dən bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 13 min 471 ədəd, qiymətli kağızların ilkin ticarət qiyməti 2 manatdır. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Azertac

Son xəbərlər
Digər xəbərlər