26 C
Baku
Saturday, July 27, 2024

Bakı funikulyoru Avropanın ən yaxşı sırasına daxil olub

Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında “TOP-5”ə daxil olub.

Bunu “Fodors Travel” turizm şirkətinin reytinqi göstərir.

Reytinqdə 1-ci yeri Parisin şimalında, Montmartr təpəsində yerləşən məşhur funikulyor tutub. Bu funikulyor saatda iki min sərnişin daşıya bilər.

Paris funkliyoruİkinci yerdə Macarıstanın Budapeşt şəhərindəki Buda təpəsində olan funikulyor qərarlaşıb. Qeyd edək ki, bu funikulyor Avropada ikinci tikilib.

Budapeşt funiklyoruÜçüncü yerdə 1875-ci ildə Türkiyədə açılan yeraltı Tunel funikulyoru, dördüncü sırada isə 1905-ci ildə tikilmiş Kiyev funikulyoru dayanır.

türkiyə funiklyoru1960-cı ildə tikilmiş və 2012-ci ildə tamamilə yenidən təmir edilmiş Bakı funikulyoru isə 5-ci sırada qərarlaşıb. O, reytinqdə göstərilən digər funikulyorlarla müqayisədə ən müasirdir. Azərbaycanda yeganə olan bu funikulyordan Bakı buxtasına və Xəzər dənizinə əvəzsiz mənzərə açılır.

funiklyorReytinqdə həmçinin Fransanın Trepo, Lion, Çexiyanın Petrin, Portuqaliyanın Lissabon, İsveçrə Quttanen şəhərlərində yerləşən funikulyorlar da yer alıb.

©Report

Son xəbərlər
Digər xəbərlər