17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Bakı-Gəncə qatarında yaxın zamanda elektron bilet satışı tətbiq ediləcək – Açıqlama

Screen Shot 2021 09 02 at 14.34.20

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin çıxarışlarının yeni uçotu qaydalarına əsasən, elektron biletlərin ciddi hesabat blankı kimi qəbul edilməsi və elektron qaydada uçotunun aparılması mümkün olacaq. Nəticədə sərnişin elektron qaydada alınmış bileti kassaya yaxınlaşmadan bələdçilərə təqdim etməklə qatarlara minə biləcək”.

Bu haqda  açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, elektron biletlərin uçotu ilə bağlı qaydalar ADY tərəfindən hazırlanaraq təsdiq olunması üçün aidiyyəti üzrə göndərilib: Həmçinin elektron biletlərin tətbiqi ilə bağlı müvafiq proqram təminatının təkmilləşdirilməsi istiqamətində intensiv iş aparılır. Yaxın vaxtlarda pilot layihə olaraq Bakı-Gəncə sürət qatarında elektron bilet satışı tətbiq ediləcək. Gələcəkdə isə elektron biletlərin bütün qatarlarda tətbiq edilməsi nəzərdə tutulur”.

©Ted.az

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər