6 C
Baku
Bazar, Yanvar 16, 2022

Bakı, Gəncə və Şəmkirdə restoran və kafelər cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 7-də ölkə üzrə 396 ictimai iaşə obyektində 692 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi‎ rayonu, Füzuli küçəsinin R. Rza küçəsi ilə kəsişməsində yerləşən, fiziki şəxs Quliyev Tərlan Mustafa oğluna məxsus restoran;

2. Bakı şəhəri, Nizami‎ rayonu, Şirin Mirzəyev küç., ev 58C ünvanında yerləşən, fiziki şəxs Qunduzov Qurban Xalid oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail‎ rayonu, Əliyev küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Əliyarova Sevda Oktay qızına məxsus kafe;

4. Gəncə şəhəri, Ə. Mehmandarov küçəsində yerləşən, fiziki şəxs İbrahimov Elşad Vilayət oğluna məxsus restoran;

5. Gəncə şəhəri, 28 May küçəsində yerləşən, fiziki şəxs Nəbiyev Xəyal Namiq oğluna məxsus kafe;

6. Şəmkir rayonu, Sarıyev küçəsində yerləşən, fiziki şəxs Süleymanov Xəyyam Arif oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nəsimi ‎ rayonu, F. Əmirov küçəsində yerləşən, hüquqi şəxs “Azertürk Hotel ve Turizm” MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran.

Son xəbərlər
Oxşar xəbərlər