5 C
Baku
Tuesday, December 30, 2025

“Bakı Gəmiqayırma Zavodu” AZAL-dan 5 milyon dollar faizsiz borc alıb

“Bakı Gəmiqayırma Zavodu” MMC “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) 5 milyon ABŞ dolları faizsiz borc alıb.

Tərəflər arasında bununla bağlı müqavilə dekabrın 8-də imzalanıb.

Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 31 yanvar 2028-ci ilə qədər tam şəkildə qaytarılmalıdır.

Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində baş tutub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər