“Bakı Gəmiqayırma Zavodu” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.
Banker.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə irəli sürülüb.
Protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İXM-in 405-ci maddasinə görə, Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə – vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” MMC 2011-ci ilin mayında yaradılıb. Onun 446.97 milyon dollar nizamnamə kapitalı var və kapitalının da 70.21%-i SOCAR-a məxsusdur.