16 C
Baku
Friday, November 22, 2024

“Bakı Gəmiqayırma Zavodu” gömrük xətasına görə cərimələnir

“Bakı Gəmiqayırma Zavodu” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə yazılıb.

Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Qaradağ Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Rufan Mürsəlovdur.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər