13 C
Baku
Saturday, November 23, 2024

Bakı-Gəncə qatarında gediş haqqı artırılıb – Şirkət maliyyə dayanıqlığını artırmaq istəyir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sabahdan hərəkətini bərpa edəcəyi Bakı-Gəncə sürət qatarında gediş haqqını artırıb.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

Gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər