8 C
Baku
Monday, November 18, 2024

Bakı hava limanına dəmir yolu xətti çəkiləcək

Hava limanı ərazisinə gediş-gəlişlərin 30%-nin dəmir yolu nəqliyyatı hesabına təmin edilməsi nəzərdə tutulur.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Əsas hədəflərdə qeyd olunub ki, proqnoz edilən tələbata cavab verə biləcək hava nəqliyyatı infrastrukturunun təmin edilməsi, böyük xərclər tələb edən genişlənmə tədbirləri əvəzinə mövcud terminalın və hava obyektlərinin daha optimal istifadəsi, hava limanı ərazisinə gediş-gəliş imkanlarının genişləndirilməsi, yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat imkanlarının təmin edilməsi (dəmir yolu əlaqəsi) nəzərdə tutulur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər