17 C
Baku
Sunday, May 19, 2024

Bakı hava limanında sərnişin axını apreldə 50 % artıb

Bu ilin aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda 570 minə yaxın sərnişinə xidmət göstərilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur. Naxçıvan istiqamətində sərnişinlərin sayı 30 % artaraq – 52,7 min nəfər təşkil edib.

Banker.az xəbər verir ki, beynəlxalq istiqamətlər üzrə sərnişin daşımaları:

54,3% xarici aviaşirkətlər
45,7% milli aviadaşıyıcı

Beləliklə, 2024-cü ilin ilk 4 ayında Bakı hava limanında 41,3 % çox – 2 milyondan artıq sərnişinə xidmət göstərilib. Populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Tbilisi, Dubay, Əbu-Dabi, Moskva, Ankara, Sankt-Peterburq, Dehli, Doha və Şarja kimi şəhərlər olub. AZAL, “Turkish Airlines”, “Ajet”, “Aeroflot”, “Rossiya Airlines”, “Air Arabia”, “Wizz Air Abu Dhabi”, “FlyDubai”, “Georgian Wings”, “Indigo”, “Qatar Airways” və digər aviaşirkətlər üzrə 1 milyon 178 mindən çox sərnişin daşınıb.

Həmçinin, Bakı aeroportundan uçuş həyata keçirən aviadaşıyıcıların sayı 29-dan 34-də (14-ü loukoster) yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər