“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 25 iyun 2025-ci il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan
qəsəbəsi Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı
gündəlikdə keçiriləcəkdir:
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2024-cü il üzrə hesabatı və təsdiqi.
2. Direktorlar şurasının tərkibinin yenidən seçilməsi və təsdiqi.
3. Digər məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-
dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov
küçəsi (Hövsan qəsəbəsi) 1 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar
cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Ünvan- Bakı şəhəri, Suraxanı rayonu, (Hövsan qəsəbəsi) Şakir Ziyadov küçəsi 1-dir.