“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 6 iyun 2024-cü il saat 11.00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi 1 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin maliyyə- təsərrüfat fəaliyyətinin 2023-cü il üzrə hesabatı.
2. Digər təşkilati məsələlər.
3. İstesalatın inkişafı ücün kredit təşkilatlarından kreditin alınması.
Ünvan – Bakı şəhəri, Suraxanı rayonu, Şakir Ziyadov küçəsi 1 (Hövsan qəsəbəsi)