13 C
Baku
Friday, November 22, 2024

Bakı ilə Çindao arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Ötən il Çinin Çindao şəhəri ilə Azərbaycanın paytaxtı Bakı arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 233 milyon yuan (32.05 milyon ABŞ dolları) təşkil edib.

Bunu Çindao şəhər bələdiyyəsinin Ticarət Bürosunun Qərbi Asiya və Afrika işləri şöbəsinin direktoru Mən Veyvey Bakıda “Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi” mövzusunda keçirilən konfransda bildirib.

O qeyd edib ki, Çindao dəniz resursları ilə zəngin şəhərdir:

“Şəhərdə Çinin ən böyük laboratoriyası – Lauşan laboratoriyası fəaliyyət göstərir. Şəhərdə ümumilikdə 12 laboratoriya var. Bu, ixrac əməliyyatların daha da inkişafı üçün vacib amildir”.

M.Veyvey Azərbaycanın logistika sahəsində fəaliyyət göstərən şirkətlərini Çindaoda nümayəndəlik açmağa dəvət edib.

O əlavə edib ki, Çindaoda real iqtisadiyyatın genişləndirilməsi, “yaşıl enerji” sahəsi daxil olmaqla, müxtəlif sahələrin inkişafı ilə bağlı addımlar atılır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər