9 avqust 2022-ci il tarixindən etibarən Azərbaycan Hava Yolları Bakı ilə Hindistanın paytaxtı Dehli arasında birbaşa uçuşlara başlayıb. Hindistan Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar reyslərin həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri Bakıdan Dehliyə, çərşənbə və şənbə günləri isə Dehlidən Bakıya həyata keçiriləcəyini bildirib. Dehlinin İndira Qandi Beynəlxalq Hava Limanından Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçuş təxminən 4 saat çəkir.
Cənab Kumar əlavə edib ki, iki ölkə arasında birbaşa aviareysin ikitərəfli ticarəti daha da inkişaf etdirməsi gözlənilir.