“Bakı ilə Təl-Əviv arasında birbaşa aviareyslərin sayının bu yaxınlarda artacağı gözlənilir”.
Bu barədə Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov İsrailin “The Jerusalem Post” nəşrinə müsahibəsində bildirib.
“Bakı ilə Təl-Əviv arasında birbaşa aviareyslər var və yaxın vaxtlarda onların sayının artacağı gözlənilir. Biz bütün israilliləri salamlayacağıq və onları Azərbaycana səfərə dəvət edəcəyik”, – deyə səfir qeyd edib.