6 C
Baku
Friday, February 6, 2026

“Bakı İstilik İzolyasiya”nın rəhbərliyi yenidən seçiləcək

10 mart 2026-cı il tarixində saat 11:00-da “Bakı İstilik İzolyasiya” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsi 17 ünvanında keçiriləcək.

Banker.az xəbər verir ki, ığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  1. 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi;

  2. Cəmiyyətin təşkilati-hüquqi formasının dəyişdirilərək ASC-dən QSC-yə çevrilməsi;

  3. Yeni nizamnamənin təsdiqi;

  4. Təşkilati məsələlər: müşahidə şurası, idarə heyəti və səlahiyyətli şəxsin seçilməsi;

  5. Digər məsələlər.

“Bakı İstilik İzolyasiya” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai, ev 17-dir. Nizamnamə kapitalı 44.830 AZN, qanuni təmsilçisi isə Adil Məmmədov Məmməd oğludur. Dövlət qeydiyyatına alınma tarixi 30 aprel 1998-ci ildir.

Son xəbərlər
Digər xəbərlər