12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

“Bakı Kart” dəyişdirilir? – BNA açıqlama verib

Yaz aylarında Bakının ictimai nəqliyyatında sərnişinlərə yeni ödəniş üsulu təqdim ediləcək.

Bu barədə ölkənin maliyyə bazarında etibarlı mənbə Trend-ə demişdi.

Mənbə bildirmişdi ki, həmçinin yeni kartlar haqqında da danışıqlar gedir.

Lakin, BNA bunun doğru olmadığını bildirir

Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir.

Qurum bildirir ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir.

“Qeyd olunub ki, qeyri-müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik.”- deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, hazırda avtobus və metro kartlarını yalnız “BakiKart” və “MilliÖN” terminallarında cəmi 2 manata almaq və balansı doldurmaq mümkündür.

Son xəbərlər
Oxşar xəbərlər