9 C
Baku
Thursday, December 12, 2024

“Bakı Kart” paytaxt sakinləri ilə yanaşı turistləri də incidir

Elməddin Muradlı: “Bu sistem düzgün qurulmalı və ciddi nəzarət olunmalıdır”

Artıq Bakıda bir çox ictimai nəqliyyat vasitələri nəğd ödənişlə vidalaşır və xüsusi kart vasitəsilə ödəniş sisteminə keçir. Böyük ehtimalla növbəti il ərzində Bakının bütün nəqliyyat vasitələri kartla ödəniş sisteminə tamamən keçəcəklər. Lakin kartla ödəniş sisteminə keçid heç də uğurla aparılmır. Belə ki, avtonəqliyyat vasitələrinə xüsusi avadanlıqlar quraşdırılsa da dayanacaqlara quraşdırılan terminalların fəaliyyəti heç də ürəkaçan deyil. Belə ki, Bakının “28 may” metrostansiyası yaxınlığındakı dayanacaqlara quraşdırılan terminallar dəmir sikkələri qəbul etmir, kağız əskinasları isə qəbul etsə də karta yüklənmir. Eləcə də anoloji vəziyyət Mərkəzi Bankla üz-üzə quraşdırılan dayanacaqda da hökm sürür. Sözügedən ərazidə hökm sürən bu xaotik vəziyyət Bakı sakinləri ilə yanaşı ölkəmizə səfər edən turistləri də ciddi narahat edir. Onlar avtobus nəqliyyatından istifadə etmək üçün metroda quraşdırılan terminallar vasitəsilə kartlarına ödəniş yükləyir daha sonra 200 metr məsafə qət edərək dayanacağa gəlirlər. Bununla yanaşı paytaxtın Nəsimi rayonu ərazisində də terminalların fəaliyyəti ürəkaçan deyil. Belə ki, terminallar bəzən kağız əskinasları, bəzən də dəmir sikkələri qəbul etmir. Bununla yanaşı yeni kart almaq fikrində olanlar da terminalın bu funksiyasından yararlana bilmirlər və onların terminala daxil etdiklər 2 AZN də aparat vasitəsilə mənimsənilir.

“Bakı Kart”ın digər narahatlıq yaradan fəaliyyəti isə terminalların qəbz təqdim etməməsidir. Eləcə də avadanlıq istifadəçiyə seçim şansı da verir qəbzin alınması, yaxud alınmaması üçün. Qəbzi almadıqda isə vergidən yayınma hallarının baş verməsi də istisna edilmir.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı həmin problemlərin artıq ciddi narahatlıq yaratdığını bildirib: “Xarici ölkə vətəndaşları karta pul yükləməyə yer tapmayıblar.Sağa-sola hərəkət etməklərinin əhəmiyyəti olmayıb.Beleliklə biabırçı bir vəziyyət yaranıb.Sonunda yerli sakinlərdən kömək istəyiblər və onlarada bildiriblər ki, pul yükləməyə yer tapmırlar və dayanacqdakılarda işləmir. Azərbaycana gələn turistlərin hamsı varlı və ya imkanlı deyil ki, taksilərdən, kirayə maşınlardan istifadə etsinlər.Öz avtomobili ilə gələnlərin sayıda çox deyil.İctimai nəqliyyat sistemi elə qurulmalıdır ki, insanlar hətta “online” ödəniş etmək imkanı qazansınlar. Dayanacaqlarda, otellərdə bir çox yerdə bir neçə dildə bunun elanı vurulmalıdır ki, insanlar oxuyub başa düşsünlər. “Bakı Kart”-la bağlı şikayətlərin sayı artıb. Bu da sərnişinlərin narazılığına səbəb olur. Zamanla inanıram ki, bu problemlər aradan qalxacaq. Sadəcə texnoloqlar bu məsələ üzərində daha cddi işləməlidirlər. Qiymətlərin bahalaşdığı, insanlaın sinirlərinin tarıma çəkildiyi bir dövrdə bu məsələ də problem yaratmasın. Bir qrup insan toplaşıb “Bakı Kart”la bağlı məhkəməyə müraciət edə bilərlər. Aidiyyatı qurumlar məsələyə ciddi yanaşmalıdırlar. Bu sistemi əsasən əcnəbilərə qurdururlar. Sonra da yerlilər əcnəbiləri göndərirlər ki, siz gedin, artıq bu sistemi özümüz bilirik. Nəhayət bu sistemdən anlamadıqlarıı üçün biabırçı vəziyyət yaranır. Bu sistem düzgün qurulmalı və bu sistemə ciddi nəzarət olunmalıdır”.

Son xəbərlər
Digər xəbərlər