Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC 2019-cu ili 8 min manat xalis mənfəətlə başa vurub.
Bu, 2018-ci illə müqayisədə 3,5 dəfə çoxdur.
Ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 3,3 milyon manat (əvvəlki ilə nisbətən 30,5% az), xərcləri 3,3 milyon manat (30,7% az), o cümlədən kommersiya xərcləri 1,4 milyon manat (70,1% çox), inzibati xərcləri 1,8 milyon manat (52,6% az), əmək haqqı və sosial ayırmalar üzrə xərcləri 721 min manat (2,4% az), köhnəlmə və amortizasiya xərcləri 1,1 milyon manat (64,4% az), mənfəət vergisi ödəmələri isə 2 min manat (3,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 174,3 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 38% artaraq 100 min manata çatıb, balans kapitalı isə cüzi azalaraq 174,2 milyon manata düşüb.
Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,6 milyon manatdır.