“Bakı Kristal Zalı” MMC-nin cəmi aktivləri 1,2% azalaraq 174,33 mln. manat təşkil edib.
Banker.az bu brədə “Bakı Kristal Zalı”ın 2018-ci il dekabrın 31-nə maliyyə hesabatına istinadən xəbər verir.
MMC-nin 2018-ci il üzrə cəmi əməliyyat gəlirləri 4 742 320 manat təşkil edib bu da 2017-ci il ilə müqayisədə az qala 13 dəfə artım olması deməkdir.
Bununla yanaşı “Bakı Kristal Zalı”ın 846 514 manatlıq kommersiya, 3 893 077 manat inzibati xərcləri olub ki, bu da cəmi əməliyyat xərclərinin 4 739 591 manat təşkil edib.
Beləliklə “Bakı Kristal Zalı” 2018-ci ili 2 183 manat cəmi xalis mənfəət əldə edib. Öncəki il isə 10,46 mln. manatlıq zərər elan etmişdi.