10 C
Baku
Thursday, December 12, 2024

“Bakı Kristal Zalı”nın rəhbəri dəyişib

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-nin rəhbəri dəyişilib.

Banker.az xəbər verir ki, Natiq İbrahimov Valeri oğlu “Bakı Kristal Zalı” MMC-nin baş direktoru təyin edilib.

O, bu vəzifədə Elçin Məhərrəmovu əvəz edib.

Qeyd edək ki, “Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə “Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

Son xəbərlər
Digər xəbərlər