33 C
Baku
Wednesday, July 17, 2024

Bakı Limanı bu il ən azı 7 mln. ton yük aşıracaq

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ötən il 6 mln. 314 min yük aşırıb, bu da illik müqayisədə 13.6% artım deməkdir.

Bunu Bakı Limanının Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli bildirib.

“Bakı Limanı 2022-ci ildə müxtəlif göstəricilər üzrə artım nümayiş etdirib. Ümumi yükaşırma göstəricimiz 13.6% artaraq, 2021-ci ilin göstəricisi ilə müqayisədə 5 mln. 550 min tondan 6 mln. 314 min tona qədər yüksəlib”, – Xudayar Həsənli qeyd edib.

Onun sözlərinə görə, hesabat dövründə, liman tərəfində 51 514 təkərli nəqliyyat vasitəsi aşırılıb, bununla da 30.6% artım müşahidə edilib. Təkərli nəqliyyat vasitələri sırasına minik vasitələri, TIR-lar (iri yük avtomobilləri – red.), qoşqular və sair texnika daxildir.

“Eyni zamanda, hesabat dövründə 16%-dən çox konteynerlərin aşırılmasında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə Liman 52 276 TEU (20 fut ekvivalentində) konteyner aşırıb, bu da indiyədək əldə etdiyimiz ən yüksək göstəricidir”, – Department müdiri bildirib.

O əlavə edib ki, bu il Bakı Limanı tərəfindən ən azı 7 mln. ton yükün aşırılması proqnozlaşdırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər