10 C
Baku
Saturday, November 23, 2024

Bakı Limanı “Evrascon”a 4 milyon manatlıq sifariş verdi

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə ağır yüklər terminalının infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4.130.047 manatdır.

Qeyd edək ki, “Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 377 290 manatdır və qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.

Son xəbərlər
Digər xəbərlər