Bu ilin yanvar-iyul aylarında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə 4 002 ədəd minik avtomobili daşınıb.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin məlumatında bildirilir.
Məlumata görə, bunun 768-i iyul ayının payına düşüb ki, bu da yanvar ayı ilə müqayisədə 2.7 dəfə çoxdur.
Yükaşırmada bu müsbət tendesiyanın qarşıdakı ayalarda da davam edəcəyi pronozlaşdırılır.