24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Bakı Limanında bir sıra qadağalar tətbiq ediləcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Bakı Limanı 2035 – CO2 zero emisya” strategiyasınsa əsasən liman ərazisində ekologiyanı qorumaq və inkişaf etdirmək üçün bir sıra yeniliklər və qadağalar tətbiq ediləcək.

Limandan verilən məlumata görə, Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək plana əsasən, sözügedən tarixdən etibarən Bakı Limanına dizel, benzin və ya havaya böyük həcmdə istixana qazı atan digər yanacaq növləriylə işləyən nəqliyyat vasitələrinin buraxılmaması nəzərdə tutulur.

Liman ərazisində yalnız yaşıl yanacaqla işləyən nəqliyyat vasitələrindən və avadanlıqlardan istifadə olunacaq, liman akvatoriyasına daxil olan gəmilər isə tam olaraq elektrik enerjisi ilə təmin olunacaq. Bununla yanaşı liman ərazisi və akvatoriyasında tam olaraq yalnız elektrik enerjisindən istifadə ediləcək. Həmçinin liman akvatoriyasında yalnız elektriklə və yaşıl yanacaqla işləyən yedək gəmilərindən istifadə ediləcək, bütün tikililər isə yaşıl bina standartlarına uyğunlaşdırılacaq.

Qeyd edək ki, Bakı Limanında mövcud ekoloji inkişaf konsepsiyası çərçivəsində hava keyfiyyətinə nəzarətin gücləndirilməsinə dair istixana qazlarının emissiyasını 2035-ci ilə qədər “0”-a endirilməsi hədəflənib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər