14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Bakı Limanında böyük sayda TIR-ın qalmasının səbəbi açıqlandı

faizlere

“Hazırda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də böyük həcmdə TIR-lərın toplanması müşahidə edilir”.

Bunu “Caspian European Club”ın dəstəyi ilə keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində Bakı Limanının baş direktorunun müşaviri Tural Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, buna səbəb koronavirusun (COVİD-19) yayılması fonunda Türkiyəyə TİR-ın İran ərazisi ilə Türkmənistana keçirilməsinə qoyulan məhdudiyyətlərdir: “Yük axını baxımından bu, çox müsbət haldır. Bakı Limanına keçid prosedurlarını asanlaşdırmaq, çox gözləmədən TIR-ın o biri tərəfə keçməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir”.

T.Əliyev hesab edir ki, buna baxmayaraq, koronavirusun yükdaşımalarına mənfi təsiri var: “Bu, onunla bağlıdır ki, limandan keçən müəyyən tranzit yüklərini bəzi ölkələr qəbul etmir: “Ötən ili Liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-a qədər artım qeydə alınıb. Bu il üçün Liman bütün istiqamətlər üzrə artım gözləyir”.

©Report

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər