Bakı Limanında konteynerlərin və təkərli nəqliyyat vasitələrinin aşırılması 28 illik rekordu yeniləyib

2019-cu ildə Bakı Limanında konteyner və təkərli texnikanın aşırılmasında rekord göstəricilər qeydə alınıb.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə istinadən xəbər verilir.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Məlumata görə, ötən il limanda yükaşırmanın həcmi əvvəlki ilə (3787,8 min ton) nisbətdə 7,2% artaraq 4 061,6 min ton olub. Ümumi yükaşırmanın əsas hissəsi, yəni 84,8%-i (3 444,2 min ton) ənənəvi olaraq tranzit yüklərin payına düşüb.

2019-cu ildə Bakı Limanında konteynerlərin və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində keçən illə müqayisədə 53,6% artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 887 TEU təşkil edib). Çindən gələn konteynerlərin sayı 111% artaraq 5369 TEU olub (2018-ci ildə 2547 TEU olub). Qeyd olunan dövr ərzində, “TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Orta Dəhliz) çərçivəsində konteyner yüklərinin daşınmasında ciddi artımın səbəbi 2019-cu ilin aprel ayından konteyner daşıyan 2 ədəd, “Türkestan” və “Beket Ata” gəmilərinin Qazaxıstan-Azərbaycan marşrutu üzrə işləməyə başlamasıdır.

TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57,3% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb. Bunlardan 24 970 ədədi (74,2%) Bakı-Türkmənbaşı-Bakı, 8701 ədədi isə (25,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Təkərli texnikanın nəzərə çarpacaq dərəcədə artımı əsasən Türkiyə, Ukrayna və Türkmənistan TIR-larının marşrut üzrə istifadə intensivliyinin artımı ilə bağlıdır.

2019-cu ildə Bərə terminalında vaqon aşırılması 2018-ci ilə nisbətən 2,7% artaraq 44 175 ədədə çatıb (keçən il bu say 42 999 ədəd olub). Bunlardan 20 331 vaqon (46,0%) Bakı-Kurık-Bakı istiqamətində, 23 802 (53.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

Xatırladaq ki, keçən il Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 46 265 nəfər olub.

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları